XƏBƏR LENTİ
24 Oktyabr 2021
23 Oktyabr 2021
22 Oktyabr 2021



FARS TULALARININ ƏLİNƏ TUTALQA KEÇİB
YAZARLAR 16:15 / 16.09.2021

Deməli, Gorus-Qafan yolunda bizim Daxili İşlər Nazirliyinin qurduğu postda İran maşınları saxlanılır, bilirsiniz. Və orda bir çəkiliş aparıblar, Qarabağa yanacaq, daha nə bilim nə daşıyan maşınların iki sürücüsü şikayət edir və Azərbaycan dilində danışırlar.

İndi fars tulaları bunu gözümüzə soxurlar ki, Qarabağa yük daşıyanlar elə sizin öz azərbaycanlılarınızdı. Tula deyəndə, həm də trol oxuyun.

Hər gün İrandan Ermənistana (eləcə də Qarabağa) 500-dən çox ağırtonnajlı maşın yük daşıyır. Təbii ki, bunların içində 2-5,10 türkkökənli güneyli də ola bilər. Amma bu bütün güney türkləri demək deyil.

Bundan başqa,həmin süjeti çəkənlər də bizlərlə güneyli qardaşlarımızın arasını vurmaq üçün məhz tapıb bu iki Azərbaycan türkünü də çəkiblər.

Bizim öz içimizdə də Ermənistana ağ verən kərtənkələlər var. Bunun zaman-zaman şahidi oluruq. Və o da təbiidir ki, İranda yaşayan 35 milyondan artıq Azərbaycan türkünün içində də

belələrinə rast gəlmək mümkündür. Güneydə yaşayan soydaşlarımız o iki azərbaycanlı deyil, Vətən Müharibəsi zamanı Arazın kənarında durub göz yaşları içində alqışlarla Azərbaycan əsgərlərinin döyüşünü izləyənlərdir.

Bir kadrı yada salıram, bizim əsgərlərimiz Xudafərin ərazisində erməniləri vurub çıxarırlar. Bir uşaq atasına baxıb çığırır:

- Baba, baba, bizimkilər, bizimkilər…

Atası da göz yaşı içində deyir:

- Hə, oğul, bizimkilər…

Mən o kadra dəfələrlə baxanda da ağlamışam, indi bunu kompüterə diqtə edəndə də ağladım.

İndi bizimkilər İrandan Ermənistana yanacaq daşıyan o iki azərbaycanlı deyil, bizimkilər Arazın sahilinə yığılıb qələbəmizi alqışlayan güneyli qardaşlarımızdı, o uşaqdı və onun atasıdı.

Ona görə də, tulalar, gedin tullanın.(ədalət.az)


2035 oxunub

InvestAZ