XƏBƏR LENTİ
24 Oktyabr 2021
23 Oktyabr 2021
22 Oktyabr 2021



Hava şəraiti kəskin dəyişir - XƏBƏRDARLIQ
Gündəm 17:27 / 15.09.2021

Bakıda və Abşeron yarımadasında sentyabrın 16-sı axşamdan 17-si günün ikinci yarısınadək şimal-qərb küləyi əsəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən   Yenisəs.az-a verilən məlumata görə, küləyin 15-18 m/s, arabir 20 m/s, gecə və səhər arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında isə sentyabrın 17-si səhərdən 18-i gündüzədək əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.

Sentyabrın 16-sı axşam və 17-də qərb küləyi 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. 

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.


1739 oxunub

InvestAZ