XƏBƏR LENTİ
19 Sentyabr 2021
18 Sentyabr 2021



MƏNİ BAĞIŞLAMAQ - Əbülfət MƏDƏTOĞLUNDAN yeni şeir
YAZARLAR 07:57 / 12.09.2021
Hər an duaçıyam - Tanrıma bəlli
Sözüm də, fikrim də, son istəyim də!
Məni bağışlamaq olar təsəlli -
Diləyim bu olub son istəyimdə!
Sənli günlərimin tumurcuqları
Gözümdən könlümə köçənə qədər...
Xoşbəxtlik yaşadım, hamıdan uzaq -
Bir kibrit alışıb keçənə qədər...
Duamın hər uçu sənin adındı
Kəsişmə nöqtəsi o uca Allah!
Mənim qibləgahım yerdə Qadındı -
Telin oxşamadım doyunca Allah!
Hopub varlığıma əbədi əzab
Kipriyim suvarır öz əkdiyimi...
Keçib günahımdan sən qazan səvab -
Mənə göz dağı et, göz, çəkdiyimi!

1258 oxunub

InvestAZ