XƏBƏR LENTİ
27 İyun 2022
26 İyun 2022
25 İyun 2022
24 İyun 2022



Ermənilər öz təyyarələrini vurub - STTM
DÜNYA 09:24 / 10.09.2021

Azərbaycanla Ermənistan arasındakı 44 günlük müharibə zamanı Ermənistanın Hərbi Hava Qüvvələrinə məxsus dörd Su-25 hücum təyyarəsi və bir helikopteri bu ölkənin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.

Yenisəs.az  Report-a istinadən xəbər verir ki, bu, Rusiyanın aparıcı təhlil mərkəzlərindən biri olan Strategiyalar və Texnologiyaların Təhlili Mərkəzinin (STTM) direktor Ruslan Puxovun redaktəsi ilə Qarabağda 44 günlük hərbi əməliyyatlara dair təhlillərin cəmləşdiyi "Qafqazda Fırtına" adlı analitik məcmuədə yer alı

Qeyd edilir ki, münaqişə zamanı Ermənistanın Hərbi Hava və Hava Hücumundan Müdafiə qüvvələri arasında koordinasiya zəif olub. Ermənstanın dörd Su-25 hücum təyyarəsi və "Mi-8” helikopteri ölkənin hərbçiləri tərəfindən vurulub. Su-25 təyyarələrindən ikisi Vardenis üzərində, biri isə Qarabağda döyüş tapşırığını yerinə yetirib qayıdarkən məhv edilib.


4997 oxunub

InvestAZ