XƏBƏR LENTİ
12 Avqust 2022
11 Avqust 2022



Rusiyada yaşayış binasında partlayış – Ölənlər var
DÜNYA 19:25 / 08.09.2021

Bu gün səhər saatlarında Rusiyanın Noginsk şəhərində yaşayış binasında partlayış baş verib.

Yenisəs.az xəbər verir ki, partlayış nəticəsində 17 mənzil tamamilə dağılıb.

Xilasedicilər dağıntılar altından iki nəfərin cəsədini çıxarıb. 14 nəfər isə yaralanıb. Yaralılardan 6-sı xəstəxanaya yerləşdirilib.

Rusiya Fövqəladə Hallar Nazirliyi partlayışın qaz sızmasından baş verdiyini bildirib.

Hadisə yerində axtarış-xilasetmə işləri davam edir.

Ümumilikdə binadan 170-dən çox insan təxliyə edilib.


8238 oxunub

InvestAZ