XƏBƏR LENTİ
19 Sentyabr 2021
18 Sentyabr 2021



Erməni “şuşalı qız” fotosu paylaşdı, ifşa olundu
MƏDƏNİYYƏT 11:44 / 08.09.2021

Tvitter sosial şəbəkəsinin erməni seqmentində şəkil paylaşılıb, altından da "1100-cü illərdə "şuşili” erməni qız” yazılıb.

Yenisəs.az  Axar.az -a  istinadla  xəbər verir ki, paylaşım şəbəkə istifadəçiləri tərəfindən gülüşlə qarşılanıb.

Sosial media istifadəçiləri "1100-ci illərdə foto var idi bəyəm?”, "Ay yazıq, 1100-ci illərdə Şuşa vardı ki? Şuşanın təməli 1752-ci ildə atılıb” və s. şərhlərini yazıblar.

Daha sonra şəklin orijinalı üzə çıxıb. Məlum olub ki, "erməni qızı” adı ilə paylaşılan şəkil Gürcüstanda yaşayan azərbaycanlıya aiddir və 19-cu əsrdə çəkilib.



1047 oxunub

InvestAZ