XƏBƏR LENTİ
20 Oktyabr 2021
19 Oktyabr 2021



Sabirabadda ana, oğlu və qızı bıçaqlandı
KRİMİNAL 09:22 / 08.09.2021

Sabirabadda bıçaqlanma hadisəsi baş verib.

Yenisəs.az  Report-a istinadən xəbər verir ki, hadisə Kürkəndi kəndində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü İlkin Əlifağa oğlu Zərbəliyev, anası, 1946-cı il təvəllüdlü Gülzar Nuru qızı Zərbəliyeva və G.Zərbəliyevanın qızı, 1987-ci il təvəllüdlü Hilalə Əlifağa qızı Tarverdiyeva çoxsaylı bıçaq xəsarətləri alıblar.

Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. İ.Zərbəliyev əməliyyat edilib. Əməliyyatdan sonra vəziyyəti ağır olan yaralı Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Hadisəni törətməkdə rayonun Məmişər kənd sakini, Hilalə Tarverdiyevanın həyat yoldaşı, 1987-ci il təvəllüdlü Ramil Tarverdiyev şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə, hadisə ailə-məişət münaqişəsi zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.


2344 oxunub

InvestAZ