XƏBƏR LENTİ
19 Yanvar 2022
18 Yanvar 2022



Vaqif Bəhmənli xatirələrinin izi ilə gəzirdi
Ədəbiyyat 13:39 / 01.09.2021


Şuşada səfərdə olan tanınmış şair Vaqif Bəhmənli oteldə onunla birlikdə qalan dostlarına bildirir ki, şəhəri gəzməyə çıxır. Onunla bir otaqda qalan Salam Sarvan, Əbülfət Mədətoğlu maraqla şairin üzünə baxırlar. Belə tələskənliyin səbəbini bilmək istəyirlər.

...Həmin məqamın şahidi olan Əbülfət Mədətoğlu Şuşa səfəri ilə bağlı təəssüratını əməkdaşımızla bölüşdürərkən bildirdi ki, «Vaqif müəllim yolun yorğunluğuna baxmayaraq, geyinib otaqdan çıxdı və arxasınca qapını örtərkən söylədi ki, xatirələrimin izinə düşüb gedəcəm. Doğrusu, onun bu kövrək, həm də gözlənilməz fikri məni ona qoşulmağa məcbur etdi. Şuşanın küçələrini dolaşmağa başladıq. Vaqif Bəhmənli küçələri keçdikcə bir-bir evləri, inzibati binaları göstərib mənə şəhəri təqdim edirdi. Sanki o bu şəhərdə doğulmuşdu. Dözməyib bu qədər məlumatlı olmasının səbəbini soruşdu. Xatirələrin qoynunda özünü unutmuş şair Vaqif Bəhmənli dedi ki, mən jurnalist kimi üç ay Şuşada təcrübədə olmuşam, «Şuşa» qəzetində işləmişəm və üç ay bu şəhərdə yaşadığımdan onun daşı da, divarı da mənə doğmadı, tanışdı. İndi sənə işlədiyim redaksiyanın binasını da, kirayədə qaldığım ünvanı da göstərəcəm. Hətta məşhur «Şuşa xəngəlı»nın dadına baxdığım yeməkxananın yerini də».


3393 oxunub

InvestAZ