XƏBƏR LENTİ
12 Avqust 2022
11 Avqust 2022



Moskva əfqan qaçqınların Rusiyaya gələcəyindən narahatdır
DÜNYA 12:33 / 27.08.2021

Moskva əfqan qaçınlarının Rusiyaya gələcəyindən narahatdır

Yenisəs.az  xəbər verir ki, minlərlə insan Əfqanıstanı tərk etməyə çalışır. Artıq 2 milyondan çox əfqan vətəndaşı Pakistan və İran ərazisinə qaçıb. Qərb yeni qsçüın dalğasının Orta Asiya respublikslarına ötürülməsində maraqlıdır. Amerikalılar və avropalılar məcburo köçkünləri öz ərazilərinə buraxmaq istəmirlər.

Vəziyətə bu cür yanaşma isə Moskvaya sərf etmir.
"Bizim Əfqanıstanın daxili işlərinə qarışmaq fikirimiz yoxdur. Hamının hamıya qarşı apardığı mübarizə zonasında baş verən qarşıdurmaya hərbi qüvvələrimiz qoşulmayacaq"- deyə RF-nın prezidenti Vladimir Putin bəyan edib.

Lakin, Kreml yaxşı başa düşür ki, Qərb koalisiyaslnın özündən sonra yaratdığı xaosa da biganə qala bilməyəvək.  Çünki hadisələr keşmiş SSRİ-nin sərhədlərində baş verir. Əfqanıstan yeni ekstremist yığnağına çrvrilə bilər.

"Onlar bir çox dövlətlərə bir başa müdaxilə edə bilərlər, bu isə bir başa bizim ölkəyə, bizim tərəfdaşlara təhlükə yaradar. Eyni zamanda narkotrapik və qanunsuz miqrasiya halları da arta bilər"- deyə Rusiya prezidenti vurğulayıb.

Rusiya prezidenti artıq Şimali Qafqazda beynəlxalq terrorizmlə mübarizə spardıqlarını, onların qarşısını vaxtında ala bilməsəydilər, indi Rusiyanın da Əfqsnıstanda baş verən faciələrlə üz-üzə qala biləcəklərini xüsusi qeyd edib. 

Qaçqınların Orta Asiyadan Rusiya ərazilərinə keçməsi o qədər də çətin deyil. "Biz istəmirik ki, qaçqın adıyla bizim ərazilərə terrorçu dəstələri də gəlsin. Onların sayı minlərlə, yüz minlərlə, hətta milyonlarla ola bilər. Bizim min kilometrlərlə sərhədlətimiz var. Onlar  hətta eşşəyə minib səhralardan ölkəmizə sıza bilərlər"- Putin bildirib.


7181 oxunub

InvestAZ