XƏBƏR LENTİ
20 Oktyabr 2021
19 Oktyabr 2021



Bakıda qətl
KRİMİNAL 15:16 / 25.08.2021

Avqustun 22-də Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə Puta qəsəbəsi ərazisində üzərində bıçaq xəsarətləri olan kişi meyitinin tapılması barədə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətindən Yenisəs.az-a verilən məlumata görə, hadisə ilə bağlı rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə onun Ağdam rayon sakini, 27 yaşlı Əhəd Nuriyev olması müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Nuriyevi avqustun 18-də bıçaqla qətlə yetirməkdə şübhəli bilinən Ağcabədi rayon sakini M.Mehdiyev saxlanılaraq istintaqa təhvil verilib.


1460 oxunub

InvestAZ