XƏBƏR LENTİ
28 Oktyabr 2021
27 Oktyabr 2021
26 Oktyabr 2021



Abşeronda gənc qadın qətlə yetirildi
KRİMİNAL 12:31 / 25.08.2021

Avqustun 24-də Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü Sultanova Kəmalə Gülmirzə qızının qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Abşeron rayon prokurorluğundan Yenisəs.az-a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin keçmiş əri 1989-cu il təvəllüdlü Sultanov Nurlan Nazim oğlunun şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Kəmalə Sultanovanı yaşadığı evin yaxınlığında qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Nurlan Sultanov könüllü olaraq təslim olduqdan sonra şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


3153 oxunub

InvestAZ