XƏBƏR LENTİ
26 Yanvar 2022
25 Yanvar 2022
24 Yanvar 2022
23:49



Əbülfət MƏDƏTOĞLU : - «Payızın 44 anı»
Ədəbiyyat 12:07 / 25.08.2021

Əbülfət MƏDƏTOĞLU

 

«Payızın 44 anı»

 

Bu gün uşaqdan böyüyə hər kəs böyük qürur hissi ilə 44 günlük müharibəmizin Zəfərindən danışır. Və bu Zəfərə gedən yolun şəhidlərini fəxarətlə anır. Azərbaycan insanı birmənalı şəkildə 44 rəqəmini özünə o qədər doğmalaşdırıb ki, həmin rəqəm dilə gətirilən kimi dərhal yada İkinci Qarabağ savaşı düşür.

Təbii ki, bu savaşın qalibləri, iştirakçıları, qaziləri, şəhidləri hər zaman xalqın qəlbində yaşayacaqdır. Çünki onların haqq etdikləri bu ucalıq şəhid qanı ilə əldə olunub. Bax, elə bu mənada savaşımızla bağlı, şəhidlərimizlə, qazilərimizlə əlaqəli yazılan hər söz, hər cümlə, çap olunan hər məqalə, hər kitab, lentə alınan hər bir kadr bizim 44 günlük müharibənin iştirakçılarına ehtiramımızın ifadəsidi.  Yeri gəlmişkən deyim ki, Birinci Qarabağ savaşında olduğu kimi, ikinci savaşımızda da yazarlarımız, qələm adamlarımız, hər bir bölgənin qazisi, şəhidi barəsində materiallar hazırlayır, kitablar ortaya qoyurlar. Bu mənada «Payızın 44 anı» kitabı da diqqəti çəkir.

Barəsində oxucularımıza bilgi vermək istədiyim «Payızın 44 anı» kitabının müəllifləri Qafar Cəfərli və Xatirə Xatundur. Müəlliflər bu kitabı İkinci Qarabağ Müharibəsində şəhid olan lənkəranlıların əziz xatirəsinə həsr ediblər. Kitab iş adamı Hüseyn Raqib oğlu Həsənzadənin maddi dəstəyi ilə araya-ərsəyə gətirilibdi. Kitabın müəlliflərindən biri, yəni Qafar Cəfərli yazıçı-publisist kimi öz imzasını oxucularımıza çoxdan tanıdıb. O, Xatirə Xatunla birlikdə ortaya gətirdikləri bu kitabı demək olar ki, Lənkəran ərazisində doğulub, buradan İkinci Qarabağ savaşına yollanmış bütün lənkəranlı şəhidlərin hər biri haqqında fotoları ilə birlikdə kövrək publisistik yazılar təqdim ediblər. Bu yazılar həmin şəhidlərin döyüş yolu barəsində söz açır. Oxucu materiallarla tanış olduqca bu igidlərin ruhu qarşısında baş əyir, bir anlıq sükuta dalmaqla öz ehtiramlarını ifadə edirlər. Bu kitabda hər iki müəllifdən başqa, Lənkəranın şəhidləri barəsində Əlisəfa Həsənovun, Ağamir Cavadın, Esmira İsmayılovanın da yazıları yer alıb. Bu da onu göstərir ki, kitabın həm müəllifləri öz həmkarlarının da haqqını nəzərə alaraq kitaba onların da yazılarını daxil ediblər. Bununla da Lənkəranın bütün şəhidlərinin barəsində oxuculara məlumat çatdırılıb. Ümumiyyətlə, kitabın tərtibatı, müqəddəs «Qurani-Kərim»dən sitatın verilməsi, Ulu Öndərimizin, həmçinin, Ali Baş Komandanımızın fikirlərinin təqdimatı və nəhayət, həmmüəlliflərin oxuculara müraciəti diqqətçəkəndir. Və ən vacibi də budur ki, bu kitab həmin şəhidlər üçün bir söz abidəsidi – həmişə göz önündə olacaq söz 
5976 oxunub

InvestAZ