XƏBƏR LENTİ
20 Oktyabr 2021
19 Oktyabr 2021



Sevgilisi ilə birləşib, oğlunu öldürdü
KRİMİNAL 11:17 / 23.08.2021

Goranboy rayonunda dəhşətli qətlin üstü isti izlərlə açılıb.

Yenisəs.az  xəbər verir ki, Goranboy rayon Polis Şöbəsinin apardığı araşdırma nəticəsində məlum olub ki, avqustun 15-də rayonun M.Məhərrəmov küçəsində yaşayan Gülayət Əliağa qızı Təhməzova 11 yaşlı oğlu Fərid Fəxrəddin oğlu Təhməzovu sevgilisi Anar Aydın oğlu Məmmədovla ilə birliklə xüsusi amansızlıqla öldürərək Goran qəsəbəsində qamışlıq əraziyə atıblar.

Adı çəkilən şəxslər izi itirmək məqsədilə ayın 19-də azyaşlının itkin düşməsi barədə hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Lakin operativ əməliyyat istintaq tədbirləri nəticəsində cinayətin üstü açılıb və sözügedən şəxslər tutularaq istintaqa cəlb edilib.

Hazırda Goranboy rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır.

Qeyd edək ki, bundan öncə azyaşlının itkin düşməsi barədə məlumat yayılmışdı.( axar.az)

  • Facebook 
  •  
  •  
  •  

1371 oxunub

InvestAZ