XƏBƏR LENTİ
28 Oktyabr 2021
27 Oktyabr 2021
26 Oktyabr 2021



Rusiyanın Saratov şəhərində 2azərbaycanlı əmioğlular öldü
KRİMİNAL 08:57 / 21.08.2021

Zərdab rayon sakinləri Rusiyada ağır yol qəzasında həlak olublar.

Yenisəs.az   "Report"a istinadla verir ki, hadisə bu ölkənin Saratov şəhərində qeydə alınıb. Həmin şəhərdə yaşayan, əslən Zərdab rayonundan olan qohumlar yol qəzasına düşüblər. Rayonun Qoruqbağı kəndindən olan iki əmioğlu – Anar və Elvin Qarayevlər yol qəzasında həlak olublar. Onlardan biri hadisə yerində, digəri isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hadisə zamanı avtomobildə əmioğlulardan başqa daha 2 nəfər də olub. Həmin şəxslərdən biri dünyasını dəyişib, digər sərnişin, ölən əmioğlulardan birinin qardaşı isə ağır yaralanıb. O, xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, hadisəyə yol kənarında dayanmış başqa avtomobil səbəb olub. Qəzada ağır yaralanan şəxsin bir neçə həftə əvvəl toyu olub. Qəzada ölənlərin ikisinin meyitləri Azərbaycan gətirilərək, Zərdabın Sarıqaya kənd qəbiristanlığında dəfn ediləcək.


1704 oxunub

InvestAZ