XƏBƏR LENTİ
28 Oktyabr 2021
27 Oktyabr 2021



Əvvəl arvadı ilə qayınatasını, sonra da özünü öldürdü
KRİMİNAL 08:53 / 21.08.2021

Sabirabadda güllələnmə hadisəsi baş verib.

Yenisəs.az  "Report"a istinadla xəbər verir ki, hadisə Əsgərbəyli kəndində qeydə alınıb.

Saatlı rayon sakini, 1963-cü il təvəllüdlü Məhərrəmov Nizam Qaraoğlan oğlu ov tüfəngi ilə həyat yoldaşı, Əsgərbəyli kənd sakini, 1976-cı il təvəllüdlü Məhərrəmova Ruhiyyə Əmirxan qızını və qayınatası, 1938-ci il təvəllüdlü Əflatunov Əmirxan Əlibala oğlunu, sonra isə özünü öldürüb.

İlkin məlumata görə, N.Məhərrəmovla həyat yoldaşı arasında söz-söhbət yaranıb və R.Məhərrəmova atasının evinə gedib. N.Məhərrəmov həyat yoldaşını evə qaytarmaq üçün qayınatasıgilə gedib və ağır cinayəti törədib.

Faktla bağlı araşdırma aparılır.


1779 oxunub

InvestAZ