XƏBƏR LENTİ
20 Sentyabr 2021
19 Sentyabr 2021



Moskva S-400-lə bağlı Türkiyənin mövqeyini qiymətləndirir
KRİMİNAL 11:17 / 05.08.2021

"Moskva S -400 zenit raket komplekslərinin alınmasıyla bağlı Türkiyənin mövqeyini  qiymətləndirir və bunun Ankarayla əməkdaşlığın inkişafına köməklik etdiyini bəyan edir. Bu sahə üzrə əməkdaşlarımız daima əlaqədədir" - deyə Rusiya Federasiyası xarici işlər nazirliyinin Dördüncü Avropa departamentinin direktoru Yuri Pilipson RİA Novostiyə bildirib.

"Məmuniyyətlə qeyd edirik ki, qarşılıqlı maraqlara xidmət edən geniş miqyaslı sahələr üzrə Rusiya - Türkiyə əməkdaşlığı davam edir. Hərbi- texniki sahə də istisna deyil. Birgə layihələrin həyata keçirilməsi üçün, Ankaraya "Triumf" S - 400 zenit raket komplekslərinin verilməsi göstərir ki, qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi istiqamətində hər iki tərəf maraqlıdır. Bu sahədə ciddi potensialın olduğunu görürük"- deyə Pilipson bildirib.

"Xarici təyziqlərə baxmayaraq, türkiyəli əməkdaşlarımız müdafiə səviyyəsini gücləndirmək üçün milli maraqlarını daha üstün tuturlar. Biz tərəfdaşlarımızın bu mövqeyini qiymətləndiririk" - deyə o, qeyd edib.

S-400-lərlə bağlı yeni müqavilələrin bağlanması suallarına,  Pilipson, " Profil təşkilatlarının bu məsələylə bağlı daim əlaqədədirlər, hərbi-texniki sahədə əməkdaşlığın genişləndirilməsi məsələsi üzərində işləri davam etdirirlər" - deyə cavab verərək əlavə edib ki, "Mütəxəsislərə sərbəst işləmək üçün mane olmamalıyıq".

ABŞ və Qərbin kəskin etirazlarına baxmayaraq, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, Türkiyə tərəfi Rusiya ilə ikinci polk  S - 400 zenit raket komplekslərinin alınması üçün danışıqları davam etdirir.


1961 oxunub

InvestAZ