XƏBƏR LENTİ
20 Sentyabr 2021
19 Sentyabr 2021



Türkiyədə sönən yanğınların yenidən alovlanmasının İLGİNC SƏBƏBİ
KRİMİNAL 21:17 / 04.08.2021

Türkiyədə söndürülən yanğın ocaqlarının yenidən alovlanmasının səbəbləri ilə bağlı ilginc versiyalar səsləndirilir.

Hazırda hadisə yerində olan yanğınsöndürənlərimizdən əldə etdiyimiz məlumatlara görə, passiv yanğın ocaqlarının yenidən alovlanmasının səbəbkarları meşədə və yaxınlıqdakı ərazilərdə gizlənən PKK terrorçularıdır.

Yenisəs.az  bildirir ki, Publika.az-a daxil olan məlumata görə, terrorçular söndürülmüş ərazilərdə yenidən yanğın ocaqları yaratmaqla Türkiyənin işini çətinə salmaq istəyirlər:

"Xüsusi alışan maddələr var, yanğın söndürüldükdən sonra yenidən PKK-çılar həmin maddələri oraya tökürlər və yanğın yenidən qızışır. Bundan sonra isə ya "etibarlı", təhlükəsiz yerdə gizlənirlər, ya da bunu gecə ilə edib aradan çıxırlar. Alışma ard-arda baş verir, nəticədə ətrafda istilik yaranır və meşənin yanmayan talalarını da alov bürüyür. Aidiyyəti qurumlar da bilmirlər ki, onlarla mücadilə aparsınlar, yoxsa yanğını söndürsünlər".

Qeyd edək ki, bununla bağlı Türkiyə mediasında da anoloji fikirlər səsləndirilir.


1214 oxunub

InvestAZ