XƏBƏR LENTİ
18 May 2022
17 May 2022
16 May 2022



Türkiyədə meşə yanğınlarını törədən şəxslər “iş başında” yaxalandı – VİDEO
DÜNYA 10:27 / 30.07.2021

Türkiyənin Antalya vilayətinin Manavqat şəhərinin ərazisində meşə yanğınları törədən şəxslərin görüntüləri yayılıb.

"Anadolu” agentliyi xəbər verir ki, görüntülər pilotsuz uçuş aparatı vasitəsi ilə təsbit edilib.

Videoda aydın görünür ki, iki nəfər meşə ərazisində quru otlara od vuraraq ərazidən sürətlə uzaqlaşırlar.

Hadisəni törədən şəxslərin saxlanıldığı bildirilir.

Qeyd edək ki, Türkiyənin Antalya şəhəri və ətraf ərazilərdə dünəndən başlayan, geniş yayılmış meşə yanğınları nəticəsində dörd nəfər ölüb, onlarla ev, iaşə obyektləri yararsız vəziyyətə düşüb.


11965 oxunub

InvestAZ