XƏBƏR LENTİ
20 Sentyabr 2021
19 Sentyabr 2021



Şəhidin bank kartından pul oğurlayan şəxs tutulub
KRİMİNAL 13:25 / 28.07.2021

İyulun 26-da Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə müraciət edən Göyçay rayon sakini Ş.Qafarova cari il fevral ayının 28-də oğlu, şəhid Kənan Qafarovun bank kartından 3960 manat pulun çıxarılaraq oğurlandığını bildirib.

Bu barədə  Yenisəs.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Göyçay rayon sakini M.Qafarov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.


1738 oxunub

InvestAZ