XƏBƏR LENTİ
13 Avqust 2022
12 Avqust 2022
11 Avqust 2022



Alimlərdən havanın rekord həddə istiləşəcəyi barədə xəbərdarlıq
Maraqli 10:54 / 27.07.2021

Yer kürəsində havanın temperaturunun artımı sürətlənir, bu ona gətirib çıxaracaq ki, ən yaxın onilliklərdə uzun müddətli istilərin intensiv dövrləri müşahidə olunacaq.

 Bu barədə "Axios” Sürixin Ali Texniki Məktəbinin tədqiqatına istinadən   Report  bildirib.

"Əsas fikir ondan ibarətdir ki, biz qarşıdakı onilliklərdə istilərin rekordlarını daha çox üstələyəcək rekord həddə hazırlaşmalıyıq", - tədqiqatın iştirakçısı Erik Fişer bildirib.

Alimlər tədqiqatın gedişatında həmçinin müəyyənləşdiriblər ki, qeyri-adi isti hava istixana qazlarının atmosferə buraxılması ilə bağlı ola bilər. Qazların buraxılması göstəriciləri nə qədər çox olsa, istilik dövrü o qədər çox ola bilər.

Tədqiqatçılar eləcə də qeyd ediblər ki, Yerdə orta illik hərarət hər onillik ərzində 0,18 dərəcə artır. Bu, əvvəlki 40 ildə müşahidə olunandan daha sürətlidir. Nəticələr alimlərin hesab etdiyi kimi, istixana qazlarının tullantılarını azaltmaq ehtiyacını göstərir.

Alimlər istixana qazlarının Yer kürəsinin iqlimini sürətlə dəyişdirdiyindən mövcud tədbirlərin yetərli olmayacağı fikrini də irəli sürüblər.


7096 oxunub

InvestAZ