XƏBƏR LENTİ
20 Sentyabr 2021
19 Sentyabr 2021



İşə gedən qadının öldürülməsi barədə RƏSMİ AÇIQLAMA
KRİMİNAL 11:32 / 26.07.2021

Xəzər Rayon Prokurorluğu Binə qəsəbəsində baş verən qətllə bağlı məlumat yayıb.

Prokurorluqdan   Yenisəs.az-a verilən məlumatda qeyd edilir ki, iyulun 24-ü saat 11 radələrində Xəzər rayonu, Binə qəsbəsində yaşayan 1989-cu il təvəllüdlü Xatirə Fərəcovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1977-ci il təvəllüdlü Meyxoş Cəfərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Xatirə Fərəcovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Meyxoş Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Qeyd edək ki, hadisə ötən gün 32 yaşlı qadın Binə qəsəbəsində işlədiyi gözəllik salonuna gedərkən baş verib.


1262 oxunub

InvestAZ