XƏBƏR LENTİ
28 Oktyabr 2021
27 Oktyabr 2021



Nişanlı oğlan qəzada öldü...
KRİMİNAL 10:00 / 23.07.2021

Lənkəranda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə Lənkəran-Lerik yolunun Qurumba kəndi ərazisində baş verib.

Belə ki, Bakı sakini, əslən Lənkərandan olan 1988-ci il təvəllüdlü Əliyev Aqil Fəxrəddin oğlunun idarə etdiyi "Mercedes” markalı 90-MP-585 dövlət qeydiyyat nişanlı avtomobil sürət həddini aşaraq yoldan çıxıb.

Yol kənarındakı rabitə dirəyini qırıb və qarşıdakı drenaj kollektoruna düşüb. Sürücü hadisə yerindəcə dünyasını dəyişib.

Meyit aidiyyatı üzrə təhvil verilib.

Qeyd edək ki, üç gün sonra mərhumun toy məclisi olacaqdı.

Faktla bağlı araşdırma aparılır. (report)


4624 oxunub

InvestAZ