XƏBƏR LENTİ
05 Avqust 2021
04 Avqust 2021



Əmisi oğlunu xilas etdi, özü boğuldu
MƏMLƏKƏT 07:29 / 21.07.2021

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

Yenisəs.az  Report-a istinadla xəbər verir ki, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.

Bolqarçayda çimən məktəblilərdən biri, Biləsuvar şəhər sakini, 2006-cı il təvəllüdlü Məmmədov Fərid Seymur oğlu boğularaq ölüb.

Mərhum 10 yaşlı əmisi oğlunun boğulmasını görüb və onu suyun dayaz hissəsinə çıxarıb. Lakin özü yorulduğundan çayda boğulub.

Qeyd edək ki, orta məktəbin 9-cu sinfini bitirən F. Məmmədov ailənin tək oğul övladı olub.


1054 oxunub

InvestAZ