XƏBƏR LENTİ
25 Oktyabr 2021
24 Oktyabr 2021
23 Oktyabr 2021



17 yaşlı oğlan su kanalında boğuldu
KRİMİNAL 21:49 / 20.07.2021

112" qaynar telefon xəttinə Göyçay rayonu, Ləkçılpaq kəndində 2004-cü il təvəllüdlü Salmanov Rüfət Seyfəddin oğlunun Yuxarı Şirvan kanalında batması barədə məlumat daxil olub.

Yenisəs.az   Publika.az-a  istinadla   xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.


Göyçay rayonunun Ləkçılpaq kəndində Yuxarı Şirvan kanalında batdığı ehtimal olunan 2004-cü il təvəllüdlü Salmanov Rüfət Seyfəddin oğlunun axtarışları başa çatıb.

 R.Salmanovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


1679 oxunub

InvestAZ