XƏBƏR LENTİ
20 Oktyabr 2021
19 Oktyabr 2021



Avtomobil dərəyə aşdı...
KRİMİNAL 08:35 / 18.07.2021

Saatlı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenisəs.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili idarəetməni itirərək dərəyə aşıb.

Hadisə zamanı 1984-cü il təvəllüdlü Məmmədov Vüsal Əbülfəz oğlu xəsarət alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır. / ("Report")


1939 oxunub

InvestAZ