XƏBƏR LENTİ
19 Oktyabr 2021
18 Oktyabr 2021
17 Oktyabr 2021



Göygöl sakininin minaya düşməsilə bağlı rəsmi açıqlama
KRİMİNAL 12:53 / 15.07.2021

İyulun 14-də, saat 21:00 radələrində 1 nəfər şəxsin rayon ərazisində minaya düşərək həlak olması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Göygöl Rayon Prokurorluğundan   Yenisəs.az-a verilən məlumata görə, prokurorluq və polis əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Araşdırmalarla müəyyən edilib ki, iyulun 14-də Göygöl rayonunun Mollacəlilli kənd sakini, 1990-cı il təvəllüdlü Ramal Kamal oğlu Ocaqquluyev Vətən müharibəsinədək Azərbaycan Ordusunun döyüş mövqeləri ilə Ermənistan silahlı qüvvələrinin mövqeləri arasındaki minalanmış ərazi hesab olunan, Göygöl rayonu ilə işğaldan azad edilmiş Kəlbəcər rayonu arasında yerləşən "Bənövşəli yaylağı" adlanan ərazidə kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən piyada əleyhinə minaya düşmüb, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Göygöl rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.2.4 və digər maddələri ilə cinayət işi başlanılıb.

Hazırda istintaq davam edir.


1703 oxunub

InvestAZ