XƏBƏR LENTİ
19 Oktyabr 2021
18 Oktyabr 2021
17 Oktyabr 2021



Meşədə çətənə kolu yetişdirən şəxs saxlanıldı - FOTO
KRİMİNAL 16:20 / 14.07.2021

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları "Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Xaçmaz Rayon Polis Şöbəsinin Yalama Polis Bölməsinin əməkdaşları İslam Əlimulayevin yaşadığı Tel kəndi yaxınlığındakı meşə ərazisinə baxış keçirilən zaman onun qanunsuz olaraq əkib yetişdirdiyi 311 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb.

Faktla bağlı istintaq aparılır.

 


1800 oxunub

InvestAZ