XƏBƏR LENTİ
05 Avqust 2021
04 Avqust 2021



Rəşad Məcid Etibar Hüseynovu SƏRT TƏNQİD ETDİ
Gündəm 13:05 / 13.07.2021

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid jurnalist, eks-deputat Etibar Hüseynovu son çıxışlarına görə tənqid edib.

Yenisəs.az xəbər  verir ki, bu  barədə Adalet.az  yazıb:

"Etibar Hüseynov Feysbuk dostluğumda yoxdur, nə vaxtsa buna heç arzum, hıbəvəsim də olmayıb. Varlığını da unutmuşdum. Dünən Azər Həsrətlə Eynulla Fətullayevin statusları maraq doğurdu deyə, açıb səhifəsinə göz gəzdirdim. Adam öz şakərindən hələ də əl çəkməyib. Yaddaşlarda söyüş, təhqir, şər-şəbədə ustası kimi qalan bu kəs uzun sürən susqunluqdan sonra indi yenidən fəallaşıb, həm də öz əvvəlki ampluasında. Yazdıqlarından açıq-aşkar kin-küdurət, paxıllıq, xılt yağır.

Bir ara belələrinə geniş meydan verilmişdi; marığa yatmışdılar, sahibləri kimi hədəf göstərsə, o saat onun üstünə hücum çəkirdilər. Deyəsən, indi də burunlarına nəsə iy-qoxu dəyib, suyu bulandırmağa, çirkab atmağa müntəzir dayanıblar.

Amma heç nə unudulmur, heç nə yaddan çıxmır. Onun və onun kimilərin mahiyyətini, xislətini ifşa eləmək, açıb hər kəsə göstərmək lazımdır ki, indiki nəsil də görüb tanısın.”


1577 oxunub

InvestAZ