XƏBƏR LENTİ
25 Oktyabr 2021
24 Oktyabr 2021
23 Oktyabr 2021



Rusiyalı bloqer və pilot faciəvi şəkildə həlak oldu
KRİMİNAL 11:16 / 13.07.2021

Rusiyalı bloqer və avtomobil yarışı iştirakçısı (pilot) İvan Kurenbin qız dostu Tatyana İquşina ilə öz avtomobilində yanaraq həlak olub.

"Pyatıy kanal” xəbər verir ki, faciə Sankt-Peterburqda baş verib.

Belə ki, 36 yaşlı Kurenbin dostları ilə təbiət qoynunda dincəlib. Qəfildən o, 32 yaşlı motosiklet yarışçısı olan İquşina ilə "Porshe” markalı avtomobilində səyahətə qərar verib. Sürətlə gedən maşın elektrik enerjisi ötürücüsünə çırpılıb. Onlar yanmağa başlayan maşından çıxa bilməyiblər.

Sükan arxasında Kurenbinin, yoxsa İquşinanın olması müəyyənləşdirilir.

İvan Kurenbin yol dövriyyəsi motosikl yarışlarında idman ustası və drift yarışlarının çoxsaylı qalibi idi. O, həmçinin Sankt-Peterburqda hotel sahibi olub.

Kurenbinanın sevgilisi pilotun ölümünü təsdiqləyib və narahat edilmək istəmədiyini bildirib.


1745 oxunub

InvestAZ