XƏBƏR LENTİ
28 Oktyabr 2021
27 Oktyabr 2021
26 Oktyabr 2021



Özünü öldürüb, evini də yandırdılar
KRİMİNAL 13:38 / 12.07.2021

Abşeron rayonunda qətl hadisəsi baş verib.

Məlumat  Yenisəs.az-a   Daxili İşlər Nazirliyinin mətbuat xidmətiən verilib.  .

Belə ki, iyulun 9-da saat 23 radələrində Abşeron rayonu Qobu qəsəbəsində Ülfət Höccətovun yaşadığı evdə yanğın baş verib.

Nəticədə 100 kvm sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra Ü. Höccətovun yanmış meyiti tapılıb.

Araşdırmalarla Ü. Höccətovun bıçaqla qətlə yetirilməsi müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Abşeron rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.


1920 oxunub

InvestAZ