XƏBƏR LENTİ
25 Oktyabr 2021
24 Oktyabr 2021
23 Oktyabr 2021



“Qadınları zorlayaq!” çağırışı edən bloqerə görə DİN hərəkətə keçdi
KRİMİNAL 11:52 / 12.07.2021

Sosial şəbəkələrdə "Pantural” ləqəbi ilə tanınan bloqer "qadınları zorlayın!” deyə çağırış edib.

O, həmcinslərinə çağırış edib ki, ictimai yerlərdə onların şəhvət hissini oyadan qadınlara qarşı seksual xarakterli zorakılıq etsinlər.

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Zeyni Hüseynov bildirib ki, artıq həmin bloqerin şəxsiyyəti müəyyən edilib və araşdırma aparılır:

"Araşdırmanın nəticəsindən asılı olaraq həmin şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul olunacaq və nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.(oxu.az)


1793 oxunub

InvestAZ