XƏBƏR LENTİ
20 Oktyabr 2021
19 Oktyabr 2021



Abşeronda ev yanıb, 1 nəfərin meyiti aşkar edilib
KRİMİNAL 11:04 / 10.07.2021

Abşeron rayonunun Qobu qəsəbəsində ümumi sahəsi 100 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən   Yenisəs.az-a verilən məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1992-ci il təvəllüdlü Höcətov Ülfət Cümşüd oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


1471 oxunub

InvestAZ