XƏBƏR LENTİ
28 Oktyabr 2021
27 Oktyabr 2021
26 Oktyabr 2021



Ucarda dəhşətli qəza: Beş ölü, iki yaralı
KRİMİNAL 09:59 / 09.07.2021

Ucar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə Bakı-Qazax yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

Avtoqəza nəticəsində beş nəfər ölüb, iki nəfər xəsarət alıb. Hadisə zamanı "Mercedes Vito” markalı mikroavtobusla "Howo” markalı yük maşını toqquşub.

Avtoqəza nəticəsində üç nəfər – Zaqatala rayon sakini, 1985-ci il təvəllüdlü Eyvaz İbrahim oğlu İbrahimov, Xaçmaz rayon sakini, 2002-ci il təvəllüdlü Rəcəb Ramin oğlu Mustafayev və Hürü adlı qız aldıqları ağır xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

E.İbrahimovun xəsarətləri ağır olduğundan o, xəstəxanada dünyasını dəyişib. Hürü isə Göyçay Rayon xəstəxanasına aparılıb.

Qeyd edək ki, şəxsiyyətləri hələlik müəyyən edilməyən daha 4 nəfər hadisə yerində dünyasını dəyişib.


2050 oxunub

InvestAZ