XƏBƏR LENTİ
25 Oktyabr 2021
24 Oktyabr 2021
23 Oktyabr 2021



Füzulidə minaya düşənlərdən biri dünyasını dəyişib, digəri isə hər iki ayağını itirib
KRİMİNAL 19:33 / 08.07.2021

Füzuli rayonunda minaya düşən iki mülki şəxsdən biri hadisə yerində dünyasını dəyişib.

Daxili İşlər Nazirliyindən   Yenisəs.az-a verilən məlumata görə, hadisə nəticəsində ağır xəsarət alan Nuru Nuriyev dünyasını dəyişib:

"Artıq hər iki şəxs minaya düşdükləri ərazidən çıxarılıb. Polis və Daxili Qoşunların əməkdaşları həyatlarını təhlükəyə ataraq əraziyə daxil olub vətəndaşların minaya düşdüyü yerə çatarkən Nuru Nuriyevin artıq həlak olduğunu görüblər. Onun meyiti ərazidən çıxarılıb. Minaya düşən digər şəxs - Elnur Həşimov isə hər iki ayağını itirib. Polislər onu da ərazidən çıxarıb xəstəxanaya aidiyyəti üzrə təhvil veriblər".

Xatırladaq ki, bu gün saat 14:00 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərinə icazəsiz daxil olan Füzuli rayon sakinləri Nuru Nuriyev və Elnur Həşimov piyada əleyhinə minaya düşüblər.


1945 oxunub

InvestAZ