Türkiyə ilə əlaqələr bizim üçün əhəmiyyət kəsb edir və bölgənin sabitliyini təmin edir".
Yenisəs.az "TRT Haber"ə istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət televiziyası "Rossiya-1" telekanalına verdiyi açıqlamada deyib.
O, Türkiyənin NATO üzvü olduğunu xatırladaraq bildirib:
"Türkiyə ilə münasibətlərimiz NATO üzvləriylə tərəfdaşlıq qurmağın mümkünlüyü və zəruriliyinin bir nümunəsidir".
Peskov Rusiyanın NATO ilə oturub danışa biləcəyini də vurğulayıb:
"Çünki yalnız dialoq içində narahatlıqlarınızı qarşı tərəfə düzgün şəkildə çatdıra bilərsiniz. Münasibətləri yenidən başlatmaq cəhdlərinə baxmayaraq, ultimatum ilə müəyyən mövzuları qəbul etdirməyə cəhd edilir. Qarşı tərəfin bu hərəkətləri dialoqu qeyri-mümkün hala gətirir".
Kremlin sözçüsü Rusiyanın NATO ilə konstruktiv əlaqələr qurmaqda maraqlı olduğunu xatırladıb.(publika.az)