XƏBƏR LENTİ
18 May 2022
17 May 2022
16 May 2022



NATO Rusiyanın şimal sərhəddinə xüsusi təyinatlılar yerləşdirdi
DÜNYA 16:12 / 05.07.2021

İngiltərə Finlandiyada xüsusi qoşun bölmələri yerləşdirib.

Yenisəs.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb. Bildirilir ki, ingilislərin hərbi korpusu Rusiyanın quru sərhədlərindən 160 kilometr məsafədə, Helsinki yaxınlığında yerləşdirilib. Buna səbəb kimi Şimali Avropada və Baltik bölgəsində təhlükəsizliyi təmin etmək göstərilir.

"Voennoye Obozreniye"nin yaydığı məlumata görə, Finlandiya ərazisinə İslandiya, Norveç, Latviya, İsveç, Danimarka, Litva, Hollandiya və Estoniyadan da xüsusi qoşun bölmələri gətirilib. İngilis Korpusuna Hərbi Dəniz Qüvvələri və dəniz piyadaları daxil edilib. Əraziyə toplanan bütün bölmələrə Birgə Ekspedisiya Gücü (JEF) adı verilib.

Xüsusi təyinatlıların humanitar və hərbi əməliyyatlar hazırlayacağı, həmçinin Finlandiyanın üzləşə biləcəyi təhdidlərə qarşı mübarizə aparacağı bildirilir.

Qeyd edək ki, Finlandiya NATO-nun üzvü deyil. Amma təşkilatın müxtəlif təlimlərində fəal iştirak edir.

Bundan öncə isə NATO-nun Baltikyanı ölkələrdə "Ramstein Alloy" təlimlərinə başladığı bildirilmişd


5024 oxunub

InvestAZ