XƏBƏR LENTİ
18 May 2022
17 May 2022
16 May 2022



Putin tapılıb qaytarılacağına söz verdi:
DÜNYA 16:25 / 04.07.2021

30 iyunda Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı Nursultan Nazarbayev ondan qazax xalqının son xanı Kenesarının qəbrinin tapılıb, qaytarılmasını xahiş edib.

Yenisəs.az   Axar.az -a  istinadla  xəbər verir ki, bu məlumatı Qazaxıstan eks-prezidenti Nursultan Nazarbayevin mətbuat xidməti yayıb.

Məlumata görə, Putin Nazarbayevi əmin edib ki, bu işdə Qazaxıstan tərəfinə hərtərəfli kömək göstəriləcək.

Qeyd edək ki, Kenesarı xan Qazaxıstanın son xanı olub. O, 1837-1847-ci illərdə Rusiya imperiyasına qarşı azadlıq mübarizəsi aparıb. 1847-ci ildə o, Qırğızıstanın indiki ərazisində mühasirəyə alınıb və başı kəsilərək öldürülüb.


5512 oxunub

InvestAZ