XƏBƏR LENTİ
18 May 2022
17 May 2022
16 May 2022



Qara dəniz üşün Rusiya israr edir!
DÜNYA 15:20 / 04.07.2021

Rusiya Balkan yarımadası və Yaxın Şərqdəki strategiyasına görə Qara dənizə böyük əhəmiyyət verir. Radar sistemləri Qara dənizi əhatə edən Rusiya üçün ən böyük təhdid Rumıniyanın "Aegis Aşor" raketdən müdafiə sistemidir.

Yenisəs.az  Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin "Yeni Akit” nəşrinin köşə yazarı Çetin Çetinər qeyd edib.

"Digər tərəfdən, Rusiyanın Türkiyənin sahib olduğu S-400 hava müdafiə sistemlərini öz məqsədləri üçün istifadə etməsi ehtimalı isə NATO-nun ən böyük narahatlığıdır. Belə ki, NATO Türkiyənin S-400-ləri Qara dənizdə tətbiqindən, Moskvanın bu sistemi öz maraqları üçün istifadə edə biləcəyindən narahatdır", - o bildirib.

Yazar əlavə edib ki, Gürcüstan və Ukraynadan başqa Qara dənizə çıxışı olan bütün ölkələrin alyans üzvü olması Moskva üçün böyük problem yaradır. Digər tərəfdən Rusiya Qara dənizin NATO dənizinə çevrilməsinə icazə verməməkdə də israrlı görünür", - deyə Çetinər bildirib.


5842 oxunub

InvestAZ