XƏBƏR LENTİ
19 Oktyabr 2021
18 Oktyabr 2021
17 Oktyabr 2021



Şahbuzda taktiki-xüsusi təlim keçirildi
MƏMLƏKƏT 06:30 / 04.07.2021

Şahbuz Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin təşkilatçılığı ilə "Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin Şahbuz rayon bazasında "Gübrə, zəhərli və kimyəvi maddələr saxlanılan anbarlarda yanğınların söndürülməsi” mövzusunda taktiki-xüsusi təlim keçirilib.

Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, təlimin keçirilməsində məqsəd anbarlarda baş verə biləcək yanğınların söndürülməsi zamanı yarana biləcək döyüş sahələrinin əyani şəkildə şəxsi heyətə öyrədilməsi, qarşılıqlı əlaqənin təşkili, digər struktur qurumlarla qarşılıqlı əlaqədə yanğınların söndürülməsi və zərərçəkmişlərin xilas edilməsini şəxsi heyətlə praktiki məşq etdirməkdən ibarət olub.

Təlim planına uyğun olaraq "Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin Şahbuz rayon bazasında və onun anbarında şərti baş vermiş yanğının söndürülməsi üzrə yanğınsöndürmə qüvvələrinin fəaliyyətinin təşkili sualına baxılıb, təlim yerində yanğından mühafizə bölmələrinin praktik fəaliyyətinə qiymət verilib.

Şahbuz Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin 12 nəfər şəxsi heyəti, 2 yanğınsöndürmə avtomobili, idarəetmə və rabitə vasitələri təlimə cəlb edilib.

Təlim uğurla başa çatıb, qarşıya qoyulmuş məqsədlərə nail olunub.(publika.az)


2588 oxunub

InvestAZ