XƏBƏR LENTİ
23 May 2022
22 May 2022
21 May 2022
21:38



İsrail gəmisi naməlum silahla vuruldu
DÜNYA 06:26 / 04.07.2021

İsrailə aid ticarət gəmisi naməlum silahla Hind okeanının şimal hissəsində vurulub.

Yenisəs.az Publika.az -a istinadla xəbər verir ki, bu barədə Livanın "Al Mayadeen” telekanalı məlumat yayıb.

İlkin məlumata görə, atəş zərbəsindən sonra gəmidə yanğın başlayıb. İnsidentin gəminin Səudiyyə Ərəbistanı limanlarından birindən Birləşmiş Ərəb Əmirliklərinə gedərkən baş verdiyi bildirilir. İsrail hələlik insidenti şərh etməyib, gəmiyə hücumun kimin işi ola biləcəyi haqda da məlumat yoxdur.

Lakin məlumdur ki, İran son zamanlar beynəlxalq sularda İsrail ticarət gəmilərinə zərər vurmağa çalışır. Bu, İsrailin iki ildir İrana aid neft tankerlərinin sanksiyalardan yayınmaqla neft daşımasının qarşısını almaq üçün keçirdiyi diversiya əməliyyatlarına cavabdır.


5052 oxunub

InvestAZ