XƏBƏR LENTİ
16 Oktyabr 2021
15 Oktyabr 2021
14 Oktyabr 2021



Bu gün AVRO-2020-nin Bakıda dördüncü oyunu keçiriləcək
İDMAN 10:14 / 03.07.2021

Bu gün AVRO-2020 futbol üzrə Avropa çempionatı çərçivəsində Bakıda sonuncu oyun, dörddəbir final mərhləsinin matçı keçiriləcək.

Yenises.az-ın məlumatına görə, saat 20:00-da Bakı Olimpiya Stadionunda Danimarka və Çexiya milliləri qarşılacaq.

Bu matçın qalibi yarımfinalda İngiltərə-Ukrayna cütünün qalibi ilə qarşılaşacaq. Yarımfinalın digər matçında İtaliya və İspaniya üz-üzə gələcək

Qeyd edək ki, AVRO-2020 çərçivəsində Bakıda A qrupunun üç matçı keçirilib. İyunun 12-də ilk oyunda Uels İsveçrə ilə 1-1 oynayıb. İyunun 16-da Türkiyə Uelsə 2-0, iyunun 20-də İsveçrəyə 3-1 hesab ilə məğlub olub.

Turnirin yarımfinal və final matçları Londonun "Uembli" stadionunda baş tutacaq.

AVRO-2020 iyunun 11-dən iyulun 11-dək Avropanın 11 şəhərində keçilir. Avropa çempionatı koronavirus pandemiyası ilə əlaqədar ötən il təxirə salınmışdı.


16193 oxunub

InvestAZ