"Remeks” neft-qaz şirkətinin Meksika körfəzindən keçən sualtı boru kəmərində güclü yanğın baş verib.
Xəbər verilir ki, suyun dərinliyində əmələ gələn alov kütləsi inanılmaz mənzərə yaradıb.
Ku-Çarli neft platformasından 400 metr aralıqda əmələ gələn yanğın zamanı hər hansı xəsarət alan, yaxud ölən olmayıb.
Yanğının nəzarət altına alındığı bildirilib.