Belarusdan Litvaya qeyri-leqal miqrantların böyük axını ilə bağlı bu ölkədə ekstremal vəziyyət rejimi elan edilib.
Yenisəs.aqz Axar.az -a istinadla xəbər verir ki, bununla bağlı Litvanın daxili işlər naziri Aqne Bilotaite ekstremal əməliyyat üzrə operativ rəhbər təyin olunub.
Qeyd edək ki, son bir gün ərzində Litva sərhədçiləri 150 qanunsuz miqrantı saxlayıb. Bu rəqəm əvvəlki günlərlə müqayisədə 3 dəfə çoxdur.