Belarus Prezidenti Aleksandr Lukaşenko sərhəd qoşunlarına Ukraynadan çox sayda silah gəldiyinə görə bu ölkə ilə sərhədi tamamilə bağlamağı tapşırıb.
Yenisəs.az xəbər verir ki, bu bardə BELTA məlumat yayıb.
Müstəqillik günü münasibətilə təşkil edilən mərasimdə çıxış edən dövlət başçısı bildirib:
"Ukraynadan Belarusa külli miqdarda silah daxil olur. Ona görə də, sərhəd qoşunlarına Ukrayna ilə sərhədi tam şəkildə bağlamağı tapşırmışam. Ölkədə Almaniya, Ukrayna, ABŞ, Polşa və Litvaya aidiyyatı olan terror hücrələri aşkar edilib”.(publika.az)