XƏBƏR LENTİ
20 Oktyabr 2021
19 Oktyabr 2021



Tikinti sahəsində qumbara TAPILDI
KRİMİNAL 09:06 / 02.07.2021

Zaqatalada tikinti aparılan ərazidə qumbara tapılıb.

Yenisəs.az  Unikal.org-a  istinadla  xəbər verir ki, hadisə bu gün axşam saatlarında Zaqatala şəhəri H.Əliyev prospekti, ev 69 ünvanında baş verib. Həmin ünvanda qazıntı işləri aparan zaman torpağın 3-4 metr dərinliyindən paslanmış vəziyyətdə olan qumbara tapılıb.

Əraziyə rayon hüquq-mühafizə orqan və müvafiq qurumların əməkdaşları cəlb edilib. İlkin araşdırma zamanı qumbaranın ötən əsrin ortalarında və daha əvvəl istehsal olunduğu vurğulanıb.
Faktla bağlı araşdırma aparılır.(apa.az)


1593 oxunub

InvestAZ