XƏBƏR LENTİ
18 May 2022
17 May 2022
16 May 2022



Zaxarova: "NATO təxribatçı "əzələ oyunu" nümayiş etdirir"
DÜNYA 08:53 / 02.07.2021

"NATO məqsədyönlü şəkildə Rusiya sərhədləri ətrafında eskalasiya və təxribatlarla məşğuldur".

Yenisəs.az   Publika.az -a  istinadla  xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.

O qeyd edib ki, təşkilat təxribatçı "əzələ oyunu" nümayiş etdirir.

Xatırladaq ki, bu günlərdə Krımdakı Fiolent burnu yaxınlığında Britaniyanın "Defender” esminesi Rusiyanın ərazi sularını pozmuşdu. Rusiyanın sahil mühafizəsi gəmiləri və "Su-24M” bombardmançı təyyarəsi onun qarşısını kəsərək esminesi geri qaytarmışdı. Bundan başqa, iyunun 28-də Qara dəniz bölgəsində Ukrayna Dəniz Qüvvələri və ABŞ Hərbi Dəniz Qüvvələrinin təşkilatçılığı ilə başlayan "Sea Breeze-2021" təlimləri də hazırda davam edir. Təlimlərə görə Qara dənizə 30-dan çox ölkə 5000-ə yaxın əsgər, 32 gəmi, 40 təyyarə, 18 xüsusi təyinatlı və dalğıc qrupu göndərib.


5608 oxunub

InvestAZ