XƏBƏR LENTİ
20 Oktyabr 2021
19 Oktyabr 2021



Elektrik enerjisindən rekord istifadə
MƏMLƏKƏT 16:23 / 01.07.2021

İyun ayı üçün elektrik enerjisinə tələbatda rekord göstərici qeydə alınıb.

Yenisəs.az  bildirir  ki, "Azərişıq” ASC-dən Publika.az-a verilən məlumata görə, iyun ayının 21-dən etibarən havanın temperaturunun mövsüm normasından yuxarı olması səbəbindən soyutma və havalandırma avadanlıqlarının istifadəsinə tələbat yüksək olmuşdur. Bu da, təbii olaraq elektrik enerjisi istehlakının artmasına səbəb olmuşdur. İyun ayının 21-26-sı aralığında enerji göstəricisinə təlabat 2020-ci il ilin müvafiq dövrü ilə müqayisədə gündəlik 6,2 milyon kVts artmışdır. İyun ayının 27-si 16,4 milyon, iyun ayının 28-i 20,4 milyon, iyun ayının 29-u isə 18,2 milyon kVts olmaqla son 3 gündə 55,0 milyon kVts elektrik enerjisinin istehlakında artım qeydə alınmışdır. Bununla da iyun ayının 29-u elektrik enerjisinin günlük tələbatı "Azərişıq” ASC üzrə 66,4 milyon kVts qeydə alınmışdır ki, bu da elektroenergetika tarixində rekord göstərici olmuşdur. İyun ayında isə ümumi artım keçən ilin müvafiq dövrü ilə müqayisədə 106 milyon kVts olması gözlənilir.

"Azərişıq” ASC tərəfindən abonentlərə xəbərdarlıq edilir ki, soyutma və havalandırma avadanlıqlarından fasiləsiz istifadə enerji artımına səbəb olur ki, bu da istifadə edilən elektrik enerjisinin dəyərini artırır. İstifadə edilən elektrik enerjisinin dəyərinin artması növbəti hesabat ayında təqdim olunan bildirişlərdə öz əksini tapacaqdır. Abonentlərimizdən bir daha xahiş olunur ki, elektrik enerjisindən istifadədə təhlükəsizlik qaydalarına riayət etsinlər. Həmçinin hər bir abonent sahə personalına müraciət etməklə sayğac göstəricilərinin qeydiyyata alınmasında şəxsən iştirak edə bilər.

Ayrıca qeyd etmək istəyirik ki, oxunma qrafiklərindən kənarlaşmaların aradan qaldırılması, indeks göstəricilərinin sistemə daxil edilməsində insan faktorunun və xətanın 0-a endirilməsi eyni zamanda hesabat dövrünün qüsursuz icra edilməsi üçün "Azərişıq”ASC-də yeni layihələrdən biri olan, sayğacların optik göz vasitəsilə oxunması işi reallaşdırılır. Sayğac göstəricilərinin birbaşa sistemə ötürülməsi insan faktoru olmadan həyata keçirilir.

İstehlakçılarımız tərəfindən elektrik enerjisinin istifadəsinə dair şikayət olduğu təqdirdə "Azərişıq”ASC-yə məxsus [email protected] elektron poçt ünvanına və ya "199” Çağrı Mərkəzinə müraciət etmələri tövsiyə olunur.


2363 oxunub

InvestAZ