Yazıçı
Elçin Hüseynbəyli Sankt Peterburq şəhərinin oxucuları ilə görüşüb
İyunun
30-da Sankt Peterburqun (Rusiya) V.Mayakovski adına kitabxanasında
yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi, AYB sədrinin müşaviri Elçin Hüseynbəyli
ilə onlayn görüş keçirilib.
Bu barədə
məlumatı Sankt-Peterburqda yaşayan, layihənin Azərbaycan üzrə əlaqələndiricisi, şərqşünas-türkoloq, yazıçı Şahnaz Kamal
verib.
"Oxuyan
Piter” layihəsi çərçivəsində baş tutan tədbirə Rusiyanın müxtəlif şəhərlərindən,
Türkiyə və Azərbaycandan da iştirakçılar qatılıb.
Söhbət əsasən
E.Hüseynbəylinin "Oxuyan Piter” müsabiqəsinə
təqdim olunmuş "Şaqi komandora, ili 141 pervıy Don Juan” ("141-ci Don Juan”) əsəri
və yazıçının yaradıcılığı üzərində qurulub.
İki
saata yaxın davam edən görüşdə yazıçı həyat
və yaradıcılığı ilə bağlı oxucuların və ədəbiyyat mütəxəssislərinin çoxsaylı suallarına
cavab verib.