XƏBƏR LENTİ
25 Oktyabr 2021
24 Oktyabr 2021
23 Oktyabr 2021



Bu məhsulları satanlar cərimələnəcək
KRİMİNAL 17:27 / 30.06.2021

İyulun 1-dən qadağan olunan birdəfəlik istifadə üçün nəzərdə tutulan çəngəl, bıçaq, qarışdırıcı çubuq, boşqab və digər məhsullar satışa çıxarılarsa, həmin şəxslər məsuliyyətə cəlb olunacaq.

Yenisəs.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əməkdaşı Elməddin Quliyev deyib. Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinə əsasən bu cür mallar satılarsa, onlar müsadirə edilməklə yanaşı, vəzifəli şəxslər 1000 manatdan 1500 manata qədər, hüquqi şəxslər 3000 manatda 4000 manata qədər cərimə edilirlər.

"Birdəfəlik istifadə üçün nəzərdə tutulan çəngəl, bıçaq, qaşıq, boşqablar plastik məhsullardan hazırlandıqda qadağan olunur. Digər alternativ məhsullardan hazırlanan mallar ölkəyə idxal oluna və satışa çıxarıla bilər".
 


5541 oxunub

InvestAZ