XƏBƏR LENTİ
28 Oktyabr 2021
27 Oktyabr 2021



Bərdədə həmkəndlisini qayçı ilə öldürən şəxs tutulub
KRİMİNAL 10:27 / 29.06.2021

İyunun 28-i saat 01 radələrində Bərdə rayon, İmirli kənd sakini Toğrul Abdullayevə xəsarət yetirilməsi və almış olduğu xəsarətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Bərdə rayon prokurorluğundan  Yenisəs.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, zərərçəkmişin həmkəndlisi Rəşad Musayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı məişət təyinatlı qayçı ilə Toğrul Abdullayevin sol döş qəfəsi nahiyəsinə bir ədəd xəsarət yetirməsi nəticəsində sonuncu almış olduğu xəsarətdən xəstəxanada ölmüşdür.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Rəşad Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.


Hazırda istintaq davam edir.


2072 oxunub

InvestAZ